Qəzzada savaş: Cenində 6 fələstinli həlak olub, 4 İsrail polisi yaralanıb

img

07-01-2024 [09:34]


İsrailin qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsinə növbəti dəfə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cenində PUA-ların müşaiyyəti ilə həyata keçirilən növbəti əməliyyatda 6 fələstinli həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Cenin cənubunda Şəhidlər qovşağının yaxınlığında toplaşan fələstinli gənclərə PUA-dan zərbə endirilib: "Nərticədə 6 nəfər ölüb, onlardan dördü qardaşdır".

Məlumata görə, İsrail əsgərləri buldozerlərlə Cenin də, o cümlədən qəsəbədəki Qaçqınlar Düşərgəsinə bəzi infrastrukturu dağıdıblar: "Çoxlu sayda fələstinlilərin evinə basqın olub, bu zaman isə İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb, yaralılar və həbs olunanlar var".

İsrail ordusu və polisinin birgə məlumatına əsasən isə əməliyyat zamanı yol kənarına yerləşdirilmiş partlayıcının partlaması nəticəsində 2-si ağır olmaqla 4 İsrail polisi yaralanıb. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR