ƏRDOĞANIN İSTANBUL, ANKARA və İZMİRDƏKİ NAMİZƏDLƏRİ BƏLLİ OLDU - İmamoğlunun qarşısına sabiq nazir çıxarılır (SİYAHI) - YENİLƏNİB

img

07-01-2024 [16:03]


Bu gün Türkiyə prezidenti Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən AK Partiyanin 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkilərində böyük şəhərlər üzrə namizələrini elan eidb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan İstanbul, Ankara və İzmir başda olmaqla, 26 çəhər üzrə bələdiyyə sədrliyinə namizədlərini adlarını açıqlayıb:

İstanbul - Murat Kurum

Kocaeli - Tahir Büyükakın

Eskişehir - Millət vəkili Nəbi Hatipoğlu

Bursa - Hazırkı bələdiyyə sədri Alinur Aktaş

Dənizli - Hazırkı bələdiyyə sədri Osman Zolan

Balıkesir - Hazırkı bələdiyyə sədri Yücel Yılmaz

Aydın - Millət vəkili Mustafa Savaş

Samsun - Çarşamba Bələdiyyə Başçısı Halit Doğan

Ərzurum - Hazırda bələdiyyə sədri Mehmet Sekmendir

Muğla - Prof. Dr. Aydın Ayaydın

Ordu - Mehmet Hilmi Gülər

Artvin - Mehmet Kocatepe

Giresun - İndiki bələdiyyə sədri Aytekin Şenlikoğlu

Elazığ - Şahin Şerifoğulları

Ədirnə - Belgin İba

Düzce - Faruk Özlü

Bitlis - Nesrullah Tanglay

Bingöl - Erdal Arıkan

Çanaqqala - Keçmiş deputat Jülide İskenderoğlu

Çankırı - Hüseyin Filiz

Kastamonu - Tahsin Babaş

Rizə - Rəhmi Mətin

Sinop - YakupThircyoglu

Tokat - Eyüp Eroğlu

Yalova - Mustafa Tutuk

Isparta - Hazırda bələdiyyə sədri Şükrü Başdeğirmendir

***

AK Partiyanın İstanbul şəhər bələdiyyə sədrliyinə namizədliyi bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün qapalı toplantıda AK Partiya 31 mart tarixində keçiriləcək bələdiyyə seçkilərində 12 böyük şəhər üzrə namizədlərini müəyyənləşdirib.

Ən böyük maraqla izlənilən isə İstanbul şəhəri üzrə namizədliyin kimliyi olub. 

Məlumata görə, AK Partiya sədri, Prezident Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun namizədliyini təsdiqləyib: "Murat Kurum 31 martda Əkrəm İmamoğlunun iqtidar tərəfindən əsas rəqibi olacaq".

Xəbərdə o da qeyd olunur ki, İstanbulda Murat Kurumu önə çıxarıan Ərdoğan Ankara bələdiyyəsinə Turgut Altınok, İzmir bələdiyyəsinə isə Hamza Dağın namiədliyini irəli sürüb.

Samir Musayev

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq