"Mossad"a bağlı şəxslər Türkiyədə saxlanıldı - FOTOLAR

img

06-01-2024 [09:02]


Türkiyədə başda İstanbul olmaqla, Ankara, Kocaeli, Hatay, Mersin, İzmir, Van və Diyarbəkirdə 57 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda İsrail Xarici Kəşfiyyat Xidməti (MOSSAD) adına casusluq etdikləri səbəbi ilə 34 nəfər saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, polis bölməsində ifadələri alınan şübhəlilər sağlamlıq yoxlamasından sonra Çağlayandakı İstanbul Ədliyyəsinə göndərilib. 

Məlumata görə, İsrailin Onlayn Əməliyyatlar Bölməsi adından fəaliyyət göstərdiyi aşkarlanan 34 şübhəlidən 26-sı "siyasi və ya hərbi casusluq" ittihamı ilə məhkəməyə çıxarılıb: "Onlardan 15-i barədə həbs qətimkan tədbiri seçilib. 8-i isə deport edilib. 11-nin barəsində isə polisin nəzarətinə verilmə tədbiri seçilib".

Firudin Səfərli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR