İranda terror aktları ilə bağlı 11 nəfər saxlanılıb - Açıqlama

img

05-01-2024 [22:39]


İranda terror aktları ilə bağlı 11 nəfər saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 3-də Kermanda Qasım Süleymaninin məzarı yaxınlığında törədilən və terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü intiharçı hücumlarla bağlı 6 əyalətdə 11 nəfər tutulub.

İran mediası yazır ki, terrorçu-kamikadzelərdən biri Tacikistan vətəndaşıdır.

İran dövlət televiziyasının Kəşfiyyat Nazirliyinin açıqlamasına əsaslanaraq bildirib ki, əməliyyatlar zamanı 2 kamikadze jilet, 2 uzaqdan idarəetmə cihazı, 2 partlayıcı detonator, partlayıcı jiletlərin dağıdıcı gücünü artırmaq üçün istifadə edilən minlərlə güllə və bombaların hazırlanmasında istifadə olunan materiallar ələ keçirilib: "Araşdırmalar nəticəsində kamikadzelərdən birinin şəxsiyyəti müəyyən edilib, o, Tacikistan vətəndaşıdır, digər kamikadzenin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam edir".

Son açıqlamaya görə, terror aktlarında aralarında qadın və uşaqların da olduğu 89 nəfər ölüb, 284 nəfər yaralanıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR