"Robben, Sneyder və van Persi kimi futbolçular varsa,..." - Van Qal

img

14-06-2014 [13:25]


"İspaniyanın əvvəllər olduğu kimi hücumlar təşkil edəcəyi və bizim də qol vurmaq şansımızın yaranacağını bilirdim. Ancaq bu qədərini gözləmirdim. Müdafiədə etibarlı oynamaqla rəqibin işini çətinləşdirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui van Qal "DÇ-2014"də İspaniya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının eyforiyaya qapılmamalı olduğunu bildirib: "Qapımıza təyin olunan penaltinin haqlı olduğuna əmin deyiləm. Ancaq biz hücumlar təşkil etdik və lazımi qolları vurduq. Komandada Robben, Sneyder və van Persi kimi futbolçular varsa, arxayın ola bilərsən ki, qol vurulacaq. Bununla belə, biz eyforiyaya qapılmamalıyıq. Robben artıq bu barədə paltardəyişmə otağında demişdi. Məşqçilər heyəti də buna imkan verməməyə çalışacaqlar. Ümumiyyətlə komandada bunun öhdəsindən gələ biləcək kifayət qədər futbolçu var".

Qeyd edək ki, Hollandiya İspaniyanı 5:1 hesabı ilə darmadağın edərək B qrupunda liderliyə yüksəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA