İmran xan seçkiyə buraxılmadı - Səbəb

img

30-12-2023 [22:18]


Pakistanda keçmiş baş nazir İmran Xanın deputatlığa namizədliyi rədd edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası qərar verib.

Qərara görə, fevralda keçiriləcək parlament seçkilərdə həbsdə olan keçmiş baş nazir İmran Xanın deputatlığa namizədliyi qəbul olunmayıb.

Məlumata əsasən, Pakistanın keçmiş baş naziri İmran Xan dekabrın 21-də deputatlığa namizəd olmaq üçün müraciət edib. Lakin 3 illik həbs cəzası səbəbindən Seçki Komissiyası belə qərar verib: "Xanın məhkumluğu onun namizədliyini əngəlləyib".

İmran Xanın vəkili Azhar Siddique qərara etiraz edəcəklərini açıqlayıb: "Biz şəffaf seçki istəyirik. Hamısı qorxur. Lakin geri çəkilməyəcəyik. Sonadək mübarizə aparacağıq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR