Burak Özçivit və xanımı reklama dəvət aldı - 80 milyonluq

img

30-12-2023 [10:51]


"Kuruluş Osman"ın "Osman"ı Burak Özçivit və xanımı Fahriye Evcen 80 milyon TL-lik reklam təklifi alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, daha əvvəl seriallarda və reklam layihələrində birlikdə rol alan Burak Özçivit və Fahriye Evcen bu dəfə mebel markasının siması olacaqlar.

TV8-də yayımlanan "Səhifə 2"nin xəbərinə görə, cütlük 2023-cü ili nəhəng bir razılaşmaya imza atıb: "Cütlük məşhur mebel markasının siması olub. Cütlük iki illik razılaşmaya görə 80 milyon TL qazanıb. Gözəl aktrisa Fahriye Evcen daha əvvəl şampun, makiyaj və geyim markalarının reklamlarına çəkilmişdi. İki uşaq anası olan aktrisa son aylar uşaq bezi reklamında oğlu Karan ilə kamera qarşısına keçib". 

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR