Baş nazir ingilis nazirlə görüşdə: "İsrail regionu genişmiqyaslı müharibəyə sürükləyir"

img

29-12-2023 [00:17]


"İsrailin təxribatları regionu genişmiqyaslı müharibəyə sürükləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın baş naziri Naguib Mikati paytaxt Beyrutda İngiltərə xarici işlər naziri David Cameron ilə görüşdə deyib.

Naguib Mikati görüşdə ingilis nazirə xəbərdarlıq edib ki, İsrailin ölkənin cənubunda təxribatları davam edərsə, bölgədə genişmiqyaslı müharibə başlaya bilər.

Baş nazir dümya birliyini, o cümlədən Britaniya hökumətini İsrailin hücumlarını dayandırmaq üçün maksimum təzyiqləri göstərməyə çağırıb.

Mikati qeyd edib ki, Qəzzada müharibənin dayandırılması üçün əvvəlcə atəşkəs əldə olunmalı, daha sonra iki dövlətli həll və hüquqların fələstinlilərə çatdırılması üçün danışıqlar prosesi başlamalıdır.

Kemeron Qəzzadakı qarşıdurmaların Livana, oradan Qırmızı dənizə və oradan da bütün bölgəyə yayılmasının dünyada risk və etibarsızlıq səviyyəsini artıracağını vurğulayıb.

Kemeron belə gərginliyin qarşısını almaq üçün Livanın səylərinə görə Mikatiyə təşəkkür edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR