Zelenski: "ABŞ ötən il bizə 24 milyard dollardan çox hərbi yardım edib" - "Biz bunu heç vaxt unutmayacağıq”

img

28-12-2023 [17:37]


"ABŞ 2023-cü ildə Ukraynaya 24 milyard dollardan çox hərbi yardım edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabındakı paylaşımda yazıb.

O qeyd edib ki, bu il ərzində ABŞ Ukraynaya 34 paket layihə əsasında 24 milyard dollardan çox hərbi yardım göndərib: ""Patriot” hava hücumundan müdafiə sistemləri, “Abrams” tankları, zirehli maşınlar, "ATACMS" raketləri, mina təmizləmə maşınları və digər vacib sursatlar aldıq...".

Zelenski ölkəsinə F-16 döyüş təyyarələrinin göndərilməsini isə  “tarixi qərar” sayıb.

Ukrayna lideri ABŞ-dan ayrılan yeni 250 milyon dollarlıq hərbi dəstək paketinə görə Co Baydenə şəxsən təşəkkür edib: "Biz bu yardımı heç vaxt unutmayacağıq”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR