Türkiyədə yenə zəlzələ oldu - 4.6 bal gücündə (Açıqlamalar)

img

28-12-2023 [14:06]


Dünən 4,3 bal gücündə zəlzələ baş verən Türkiyənin Malatya şəhəri bu gün yenidən silkələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Bakı vaxtilə saat 13.34-də şəhərin Yeşilyurt rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ ətraf əyalətlərdə də hiss olunub. 

Malatya valisi Ersin Yazıcı, zəlzələ ilə bağlı paylaşım edib. O, şəhər əhalisinə "keçmiş olsun" deyib və əlavə edib ki, zəlzələ dağıntı və tələfat yaratmayıb.

Firudin Səfərli

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR