AFFA hakimləri təhqir edən futbolçuları cəzalandırıb

img

28-12-2023 [13:00]


AFFA Region Liqası, Gənclər Liqası və U-17 Liqasında hakimləri təhqir edən futbolçuları cəzalandırıb.

Mia.az xəbər verir ki, Region Liqasında “Lənkəran”dan Xalid Qasımzadə “Masallı” ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov “Neftçi” ilə, U-17 Liqasından “Araz Naxçıvan”dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.

Region Liqasında çıxış edən “Lənkəran”ın digər oyunçusu Əli Məcidov isə “Masallı” ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub