Şimali Koreya lideri: "Müharibə hazırlığını sürətləndirməliyik"

img

28-12-2023 [12:23]


"Müharibə hazırlığını sürətləndirməliyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyasının ümumi yığıncağının ikinci günündəki çıxışında deyib.

O, ABŞ-ın rəhbərliyi ilə Şimali Koreyaya qarşı “görünməmiş təzyiqlər" olduğunu iddia edib: "Biz bu təhdidlərə qarşı müharibə hazırlıqlarını daha da  sürətləndirməliyik. Hazırda Koreya yarımadasının təhlükəsizliyi təhlükə altındadır. Ordu, müdafiə sektorları və nüvə silahlarının inkişaf etdirilməsi proqramlarını daha da gücləndirməlidir".

Kim həmçinin anti-imperializm ölkələri ilə strateji əməkdaşlığı daha da inkişaf etdirməyə söz verib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR