Əli Əsədov dərsliklərin hazırlanması ilə bağlı yeni qərar imzaladı

img

26-12-2023 [15:07]


“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.

Mia xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb.

Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR