HƏMAS girov mübadiləsindən imtina etdi: "Hücumlar tamamilə dayandırılmayana qədər..."

img

26-12-2023 [00:23]


"Qəzzaya hücumları müvəqqəti deyil, tamamilə dayandırmaq üçün çalışırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada İsrail ordusu ilə döyüşən HƏMAS qruplaşması bəyanat yayıb.

Bəyanatda deyilir ki, onlar israillə müvəqqəti atəşkəsə razılıq verməyəcəklər: "Bundan sonraqısamüddətli atəşkəs deyil, savaşın birdəfəlik dayandırılması üçün danışıqlara hazır olduğumuzu bəyan edirik. Bu, olmayacaqsa, müvəqqəti atəşkəs danışıqlarında olmayacağıq. Eyni zamanda, hücumlara birdəfəlik son verilməyənə qədər İsraillə girov və məhbus mübadiləsinə dair danışıqlar aparılmayacaq".

"Reuters" yazır ki, HƏMAS "Həmas və İslami Cihadın daimi atəşkəs müqabilində Qəzzada hakimiyyətdən imtina etməyə hazırdır!" iddiasını da yalanlayıb.

İsrail mərkəzli "Walla" xəbər saytının məlumatına görə, Misir və Qətərin vasitəçiliyi ilə 40 israilli məhbusun qarşılığında bir həftəlik atəşkəs razılaşması üzrə danışıqlar gedirmiş...

Lakin HƏMAS göründüyü kimi, bundan  imtina edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR