SEPAH komandiri Suriyada öldürülüb - İsrail tərəfindən

img

26-12-2023 [00:12]


İsrail İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Suriyadakı komandirlərindən birinin Suriyada öldürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, SEPAH-ın komandirlərindən olan Razi Musəvi Suriyada - Dəməşq yaxınlığında həlak olub.

İranın "Təsnim" Xəbər Agentliyi Musəvinin Dəməşq yaxınlığında İsrailin hücumu nəticəsində həlak olduğunu təsdiqləyib.

Bildirilib ki, öldürülən iranlı komandirin Suriyada “hərbi məsləhətçi” vəzifəsində çalışıb: "O, 2020-ci ildə ABŞ-ın İraqdakı hücumunda öldürülən iranlı general Qassem Soleimani ilə yaxın dostu idi...".

Qeyd edək ki, İsrail Qəzzada apardığı müharibəyə paralel laraq tez-tez Suriya və Livana hava zərbələr endirir. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR