Məşqçilər oyunçulara seksə icazə verdi

img

13-06-2014 [18:04]


Dünya çempionatı zamanı çox vaxt futbolçuların sekslə məşğul olmasına qadağalar qoyulur. Hətta bu məsələdə futbolçularla bağlı qalmaqallar da olub.
 
Fanat.az xəbər verir ki, bu dəfə durum əvvəlki çempionatlardan bir az fərqli olub. Xarici mətbuatda yayılan iddialara görə, iki böyük millinin adlı-sanlı baş məşqçiləri bu qərarda bir az dəyişiklik edib. Bunlar dünən Xorvatiyanı 3:1 məğlub edən Brazilya millisinin baş məşqçisi Luis Felipe Skolari və ABŞ yığmasının çalışdırıcısı Yurgen Klismandı.
 
Adları çəkilən hər iki baş məşqçi futbolçuların DÇ-2014 zamanı sekslə məşğul olmalarına icazə veriblər. Bu şəxslərin qərarları hər iki yığmanın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA