Pakistandan Türkiyəyə başsağlığı mesajı: "Qardaş türk millətinin cəsarət və qətiyyətlə..."

img

25-12-2023 [00:27]


Pakistan Xarici İşlər Nazirliyi İraqın şimalında şəhid olan 12 türk əsgəri ilə bağlı Türkiyəyə başsağlığı verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başsağlığında deyilir: "22-23 dekabr tarixlərində antiterror əməliyyatları zamanı 12 türk əsgərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirib. Şəhidlərinailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyərək. Pakistan Türkiyə ilə möhkəm həmrəydir və bu terror aktını şiddətlə qınayırıq. Qardaş türk millətinin cəsarət və qətiyyətlə bu faciənin öhdəsindən gələcəyinə inanırıq...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR