DİN-dən vətəndaşlara xəbərdarlıq: "Belə mesajlara inanmayın"

img

22-12-2023 [17:09]


Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, xəbərdarlıqda deyilir:  "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz. Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR