Laçına daha 121 nəfər köçürülüb (YENİLƏNİB)

img

22-12-2023 [17:10]


Bakı şəhərinin Qaradağ rayonundan Zabux kəndinə yola salının növbəti 121 nəfərlik köç karvanı Laçına çatıb.

Mia.az xəbər verir ki, Laçında ailələrə evlərin açarları təqdim edilib.

***

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR