Rəqqasə Fatimə dilinin bəlasına düşdü - QALMAQAL

img

13-06-2014 [14:43]


Rəqqasə Fatimə Fətəliyeva teleqraf.com-a müsahibəsində beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərovu təhqir edib. O, Beynəlxalq Müsabiqələr Laureati Ş.Cəfərovu bu dəfə milçəyə bənzədib: "Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar balet oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar”.

 Beynəlxalq müsabiqələr laureatı Şəhriyar Cəfərov isə həmkarına AzNews.az vasitəsilə cavab verib: "Fatimə deyir ki, Şəhriyar gedib ayağını qaldırsın. Bu onun göstəricisidir ki, o, bu sənətdə qeyri-peşəkardır. Ümumiyyətlə, balet və xoreoqrafiya sənətindən anlayışı olmayan insan balet sənətinin çətinliyini bilmədiyinə görə, onu ancaq bu sözlə ifadə edə bilər: "getsin ayağını qaldırsın”. Bu, onun balet sənətindən anlayışının olmamasının sübutudur. İkincisi, o, mənim sənətimə qiymət vermək üçün gərək bu həyatı 5 dəfə yaşasın. Kimdir ki, o, mənim sənətimə qiymət versin? Mənim sənətimə qiyməti beynəlxalq müsabiqələrdə beynəlxalq münsiflər verib. Qaldı ki, onun guya, məni İncəsənət Gimnaziyasından qovublar ifadəsinə, mənim əlimdə fakt və sübut var. Mən oradan özüm uzaqlaşmışam. Çünki mən Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına qəbul olunduğuma görə, gimnaziyadan çıxdım. Əmr var, baxa bilərlər. Mən Azərbaycan əsgərinin alqışını alıramsa, bu mənim üçün ən böyük sənətdir. Mən o ansamblda milli rəqsləri oynayıram. Bu onun göstəricisidir ki, ümumiyyətlə, onun mənim sənətimdən xəbəri yoxdur”.

 Ş.Cəfərov əlavə edib ki, "mən onlara milçək vızıltısı deyirəm” ifadəsi Fatiməyə baha başa gələcək: "Bir neçə il bundan əvvəl onun bir müsahibəsi vardi. Demişdi ki, "İt hürər karvan keçər”. Məqalə belə getmişdi - "Fatimə şəhriyar Cəfərovaya it dedi”. Mən o zaman dedim ki, Fatimənin ünvanıma işlətdiyi təhqir ifadəsinə görə bu dəfə onu keçirəm. Amma gələn dəfə bu hal bir də təkrarlansa, bunu Fatiməyə bağışlamayacam. Mənim şərəf və ləyaqətimə ləkə gətirəcək ifadə işlətsə, mən onu məhkəməyə verəcəm. O, məni milçəyə, itə bənzədir, artıq bu, təhqirdir. Mən buna görə Fatiməni məhkəməyə verəcəm. Güman edirəm ki, yaxın günlərdə biz onunla məhkəmədə görüşəcəyik. Mən rəqs sənəti ilə məşğul olanda Fatimə bu sənətdə yox idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR