AXTARŞDA OLAN DAHA 3 MAFİYA LİDERİ QANDALLANDI - “Kafes-21” əməliyyatı (FOTO)

img

19-12-2023 [09:42]


Türkiyədə daha 3 mafiya lideri qandallanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Daxili işlər naziri Ali Yerlikaya paylaşıb.

Onun sözlərinə görə, Alanya və İstanbulda keçirilən “Kafes-21” əməliyyatları zamanı 2-si qırmızı, 1-i təcili tutulma bildirişi ilə axtarışda olan 3 mütəşəkkil cinayətkar qrup rəhbəri saxlanılıb: "Polşada narkotik alveri ilə məşğul olan, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Tomas Josef Konrad külli miqdarda narkotik maddəni Mərakeşdən İtaliya və İspaniyaya gətirməkdə ittiham olunur. O, Antalyada tutulub.

Çində fırıldaqçılıq və qeyri-qanuni təşkilatçılıq fəaliyyətlərinə görə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan mafiya rəhbəri Jinking Peng-in İstanbulda - Fatihdə saxlanılıb.

Almaniyada 1 ton kokain ələ keçirmə əməliyyatının qaçaq şübhəlisi kimi təcili həbs bildirişi ilə axtarışda olan mafiya lideri Daniel Alexander Muller də İstanbulda - Beyoğlunda qandalandı.

Uğurlu əməliyyatlara görə qəhrəman polislərimizi təbrik edirəm. Millətimizin duaları sizinlədir...".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq