Mirzoyan ABŞ-da Ceyhun Bayramovla görüşə "hə" dedi - Marukyan Vaşinqtonda üçtərəfli görüş olacağını dedi, tarix açıqladı

img

13-12-2023 [23:40]


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək.

Bu barədə Ermənistan İctimai Televiziyasının efirində ölkənin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.

"Hazırda bizim imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşdığı görüşdə bu mətni razılaşdıracağıq", - o deyib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR