Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə bilər? (MÜSAHİBƏ)
24-12-2024 [14:41]
Son illərdə estetik prosedurlar arasında ən çox diqqət çəkənlərdən biri də burun dolğusudur.
Cərrahiyyə müdaxiləsi olmadan, sadə və effektiv bir şəkildə burunun forması dəyişdirilə bilər.
Burun dolğusu, xüsusi maddələr ilə burunun daha estetik bir formaya salınmasını təmin edir və bu, həm kişilər, həm də qadınlar üçün mükəmməl bir seçimdir.

Bu yaxınlarda məşhur bloqerlərdən biri, təsadüfən əməliyyat zamanı burununda dolğu olduğu üçün daxildən çürüdüyünün aşkarlanmasını və onu həkimin düzəltdiyini açıqlayıb. Bu açıqlama, sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox insanı bu prosedurun təhlükəsizlik məsələləri haqqında düşündürüb.
Bəs, doğrudan da, buruna dolğu etdirərkən fəsadlar baş verə bilərmi?
Bütün bu suallarımızın cavabını isə həkim Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət Yenicag.az--a müsahibəsində cavablandıracaq.

Burun korreksiyası nədir və necə işləyir?
Burun korreksiyası cərrahi müdaxilə olmadan burunun daha estetik bir formaya gətirilməsi prosedurudur. Bu, xüsusi dolğu materialları,(yüksək konsentratlı, daha az su toplayan, tez əridilə bilən, liftinq verən),saplar və ya botox istifadə edilərək həyata keçirilir. Burun dolğusunun məqsədi burundakı kiçik deformasiyaları düzəltmək, burun əyriliklərini və relyefini bərpa etmək, burun ucunu liftinq edərək daha dik və estetik hala gətirmək və burun kəmərini vizual olaraq qısaltmaqdır.

Burun korreksiyası ilə aşağıdakı problemlər aradan qaldırılır:
Burundakı əyrilik və çökəkliklərin hamarlanması: Burundakı kiçik əyriliklər və çökəkliklər dolğu ilə düzəldilir, daha bərabər və simmetrik bir görünüş əldə edilir.
Burundakı asimmetriyanın düzəldilməsi: Burunun hər iki tərəfi arasında uyğunsuzluq varsa, bu, dolğu materialları ilə bərabərləşdirilərək daha simmetrik bir forma əldə edilir.
Burunun vizual kiçildilməsi: Burun dolğusu burunun ölçüsünü vizual olaraq kiçiltməyə imkan verir, bu da daha nizamlı bir üz quruluşu yaratmağa kömək edir.
Burun ucunun dikləşdirilməsi: Burun ucunun forması, daha dik və estetik bir şəkildə düzəldilə bilər.
Estetik burun əməliyyatından sonra yaranan deformasiyaların düzəldilməsi: Burun əməliyyatlarından sonra meydana gələn kiçik deformasiyalar və bərpa problemləri dolğu ilə düzəldilə bilər.
Burunun vizual qısaldılması: Burun kəmərinin çox uzun olduğu hallarda, burunun daha qısa və balanslı görünməsi üçün dolğu ilə müdaxilə edilir.
Bu prosedur, minimal invaziv yanaşma təklif etdiyi üçün, əməliyyatdan çəkinən və daha az bərpa müddəti istəyən insanlar üçün ideal bir seçimdir.
Burun korreksiyasının tətbiqi nəticəsində burunun “çürüməsi” kimi bir vəziyyətin baş verməsi mümkündürmü? Hər hansı bir risk və ya komplikasiya yaranarsa, bu necə həll olunmalıdır?
Ümumiyyətlə, burun və digər üz bölgələrinə edilən doldurucu inyeksiyaların bəzi fəsadları və qorxulu hallar bunlar ola bilər:
Burun dolğusu və digər kosmetik prosedurların bəzi potensial riskləri vardır, bunlar arasında işemiya və emboliyaların baş verməsi mümkündür. Bu risklər, prosedurun düzgün icra edilməməsi və ya pasientin düzgün qayğı göstərməməsi nəticəsində ortaya çıxa bilər.
İşemiya, qan dövranının nəzərəçarpacaq dərəcədə azalması və ya tamamilə pozulmasıdır. Kosmetologiyada bu vəziyyət, dolğu materiallarının (xüsusən hialuron turşusu) damarları sıxaraq qan dövranını pozması nəticəsində meydana gəlir. Bu, toxumalarda oksigen çatışmazlığına və hipoksiyaya səbəb olur. Kontur plastikasından sonra, işemiyanın təsirləri dərhal görünə bilər: dolğu tətbiq olunan ərazidə dərinin ağarması, şişkinlik, qızarma, qaralma və bəzən irinli səpkilər və şiddətli ağrı ilə müşayiət olunan vəziyyətlər meydana gələ bilər.
Emboliya isə qan damarlarının dolğu ilə tıxanmasıdır. Bu, daha ciddi fəsadlara yol aça bilər, çünki qan axınına mane olan dolğu materialları toxuma nekrozuna səbəb ola bilər. Emboliya, dolğu yeridildikdən sonra müxtəlif mərhələlərdə özünü göstərir:
Dolğu yeridildikdən sonra 10 saniyəyə qədər: İnjeksiya sahəsində dərinin ağarması.
10 dəqiqə sonra: Dəri qırmızıdan mavi rəngə dəyişir (livedo).
Bir saat sonra: Dəri rəngi mavi və ya qaraya çevrilir və toxumalarda oksigenin sərf edilməsi nəticəsində metabolik fəaliyyət pozulur.
Bu halların qarşısını almaq üçün, dolğu və digər kosmetik prosedurlar zamanı düzgün texnika və yüksək təcrübə tələb olunur. Həkimlər, işemiya və emboliyanın ilk əlamətlərini aşkar etdikdə dərhal dolğunun tamamilə əridilməsi ilə müalicə etməli, uyğun protokollara əsaslanaraq müalicəyə başlamalıdırlar. Müalicədən sonra pasientdə heç bir narahatçılıq qalmır, toxumalar tam bərpa olur və sağalır. Əgər həkim nəzarəti olmazsa bu problem daha uzun çəkə bilər, burunda müəyyən çapıq izləri pasienti bir neçə müddət narahat edə bilər. Problemin bəzən öz özünə belə düzəlməyi mümkün olur, lakin fəsadların və izlərin qalmaması üçün həkim kosmetoloq öz işini mükəmməl bilməli və pasienti ilə yaxından maraqlanaraq müalicəni öz üzərinə götürməlidir.
Bu tip fəsadlar yalnız dolğu prosedurlarında deyil, əməliyyatlar zamanı da baş verə bilər. Əməliyyatlardan sonra çürümə prosesinin daha ağır nəticələnməsi mümkündür, çünki problem dərinin alt qatlarında yerləşir və müdaxilə etmək daha çətindir.
İnfeksiyalar də prosedurun təhlükəsizlik məsələlərindən biridir. Əgər steril şərait qorunmazsa, infeksiyalar baş verə bilər. Prosedurlar təmiz və steril mühitdə həyata keçirilməli və pasientlər prosedurdan sonra düzgün gigiyena qaydalarına əməl etməlidir.
Bu səbəbdən, proesedurlar təmiz və steril şəraitdə həyata keçirilməli, həmçinin prosedur sonrası qaydalara ciddi riayət edilməsi olduqca vacibdir.

Burun korreksiyasının həyata keçirilməsi prosesində ağrı olurmu?
Prosedurdan əvvəl pasiyent lidokain kremi ilə keyidilir. Bu krem, tərkibindəki lidokain maddəsi sayəsində, prosedurun ağrısız və rahat bir şəkildə həyata keçirilməsinə kömək edir.
Burun korreksiyası ilə hansı dəyişiklikləri gözləyə bilərəm? Məsələn, burunun forması və ya ölçüsü necə dəyişir?

Burun əvvəlki vəziyyətindən daha yığcam, formalı və vizual olaraq kiçik görünür. Lakin unutmaq lazımdır ki, bu bir əməliyyat deyil və hər burunda nəticələr fərqli ola bilər. Bəzi burun formalarına əməliyyat tətbiq etmək daha uyğun ola bilər. Hər burunda istədiyimiz nəticəni əldə etmək mümkün olmaya bilər. Müayinə zamanı mümkün dəyişiklikləri və nəticələrin əldə edilmə şansını müzakirə edirik və pasiyentlə birgə qərar veririk.
Əksər hallarda pasiyentlər prosedurdan çox məmnun qalır. Hətta bəzi hallarda, bir neçə uğursuz əməliyyatdan sonra yaranan deformasiyaları aradan qaldırdığımız üçün pasiyentlər otaqdan xoşbəxtlik göz yaşları ilə ayrılır.

Burun dolğusundan sonra nəticələr dərhal görünürmü, yoxsa müəyyən bir zaman lazımdır?
Prosedurdan dərhal sonra nəticəni görmək mümkündür. Lakin tam nəticə 1 ay tamamında tam olaraq formalaşır. 2 ay sonra isə ikinci seans keçirilir və nəticənin qalıcı müddəti 1-2 il arasında olur.

Burun dolğusunun nəticəsi təbii görünürmü, yoxsa süni bir görüntü yaranır?
Əməliyyat olmadığı üçün burun korreksiyasından sonra pasiyentin burnu sadəcə əvvəlki halından daha səliqəli və kiçik görünür. Bu isə onun daha təbii və natural görünməsini təmin edir.
Burun dolğusundan sonra əməliyyat etmək olarmı?
Əlbəttə, dolğudan sonra hər zaman əməliyyat etmək mümkündür. Lakin əməliyyatdan ən azı 1 həftə əvvəl pasiyent həmin dolğunu həkimə müraciət edərək əritməlidir ki, dolğu həkimin əməliyyatda müdaxiləsinə maneə törətməsin.

Ümumiyyətlə, bütün təbii dolğular istənilən vaxt hialuronidaza ilə əritilə bilər. Əgər dolğu əritməzsə, əməliyyat zamanı cərrah dolğunu təmizləyərək onu aradan qaldıra bilər.
Son günlər danışılan mövzular isə cəfəngiyyatdır və sadəcə həkimin reklam niyyəti ilə diqqəti özünə cəlb etmək istəyidir. Burun çürüməsi üzdə özünü biruzə verir və müddət keçdikdən sonra nə daxildən, nə də xaricdən bu prosesin baş verməsi mümkün deyil. Reklamlara və hər deyilənə inanmayın.
Məsimə Məmmədova
www.yenicag.az
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı