Rus jurnalist həqiqəti dedi, ermənilər özündən çıxdı

img

12-06-2014 [15:56]


Rusiyalı jurnalist Dmitri Kiselyov Ermənistanda arzuolunmaz şəxs elan oluna bilər. 

ANS PRESS-in məlumatına görə, buna səbəb jurnalistin Ermənistanla bağlı söylədiyi fikirlər olub.

Dmitri Kiselyov Ermənistanda "arzuolunmaz şəxs" elan olunması məsələsi Ermənistan parlamentində müzakirə edilib. Müzakirələr zamanı deputatların əksəriyyəti rusiyalı jurnalistin "persona non qrant elan edilməsini tələb edib.

"Dmitri Kiselyov Ermənistana, ermənilərə, erməni dilinə hörmətsizlik edib. Ona görə də Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxs elan etməlidir”, deyə bir çox deputat eyni fikirdə olub.

Qeyd edək ki, rusiyalı jurnalist demişdi ki, ermənilər rus dilində danışmağı yaxşı bacarmalıdır. Ermənistanın təhlükəsizliyi üçün ermənilər "Dil haqqında” qanuna dəyişiklik etməlidir. Ermənilər başa düşməlidir ki, Rusiya Ermənistandan uzaqlaşsa, ölkənin təhlükəsizliyi sual altında qalacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA