Mədəniyyət İdarəsinin müdiri vəzifədən azad edilib - Yeni təyinatlar

img

12-12-2023 [20:41]


Naxçıvan Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad edilib. Onun yerinə nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev təyin olunub.

Digər əmrlə Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova  İman Alırzayevdən boşalan posta gətirilib.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR