"Onların biri mənim həbsimlə,..." - Qənimət Zahid danışdı

img

12-06-2014 [14:18]



"Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid müsahibə verib.

Mia.azGunxeber.com-a verilən müsahibəni təqdim edir: .

- Qənimət bəy, necəsiniz, işləriniz necə gedir?

- Salam. Salamdan sonra, sağ və salamat olduğumu bildirirəm və sizə də bunu arzulayıram.

- "Azərbaycan saatı” hansı saatla işləyir və yayımda problemlər varmı, hansı layihələr gələcəkdə nəzərdə tutulub?

- "Azərbaycan saatı”, elə Bakı vaxtı ilə işləyir. Biz balaca ölkəyik, bircə saat qurşağımız var. "Azərbaycan saatı” başlanan zaman biz bunu sürpriz etdik, qabaqcadan elan etmədik. İndi də elə olacaq və növbəti layihələr də sürpriz olacaq.

Hamı bu sualı sizdən soruşur, görünür gözlənti var. Biz də soruşaq – Bakıya yaxın vaxtlarda qayıtmaq planı varmı?

- Bakıya qayıtmaq mənim də planlarıma daxildir. Amma mən bəziləri kimi hansısa zaman göstərmək istəmirəm. Sadəcə olaraq, yaxın layihələrimin heç biri Bakıda olmağımı zəruri etmir. Mən ideya adamı olduğum qədər də əməl adamıyam. Azərbaycana indi hər şeydən artıq əməli ideyalar lazımdır. Qənimət Zahidin Bakıda və Ankarada olmasının elə bir önəmi yoxdur. Əməllərimizin nəticəsi və ünvanı Bakı üçündür, Azərbaycan üçündür.

- Fransada Elşad Abdullayevlə görüşürsünüzmü, onun "Azərbaycan saatı”na bir dəstəyi varmı?

- Mənim planlarımın arasında Elşad Abdullayevlə görüş olmayıb, açığı. "Azərbaycan saatı”na da Elşad Abdullayev müsahibələr verib bir dəfə. Vəssalam.

- Deyirlər ki, qayıtsanız sizi burda həbs edəcəklər. Belə bir təhlükə hiss edirsizmi?
- Siz ordasınız. Belə bir gerçəyi siz məndən daha rahat proqnozlaşdıra bilərsiniz. Açığı, mən həbsdən-filandan qorxmuram. Və belə bir perspektiv vecimə də deyil. Sadəcə olaraq, həbsxanada keçirilən vaxtı mənasız, heç bir dəyəri olmayan vaxt sayıram.
Amma əlimdə o qədər işim və ən yaxın gələcəkdə konkret işə çevriləcək o qədər ideyam var ki, həbsxana barədə heç xatirə olaraq da fikirləşməyə zamanım yoxdur. Amma mən bilən, orada məhkəmə perspektivli bir-iki iş hazırlayıblar.

- Məhkəmələr sizə qarşı konkret hansı işləri hazırlayıblar, bilirsinizmi?

- Bildiyim qədər orada iki nəfər tapılıb, hər ikisi həbsxanadadır. Onların biri mənim həbsimlə, o biri isə hansısa məbləğdə cərimə tələbi ilə bağlı iddia ərizəsi yazıb. Amma nəyə görəsə, bu vaxta qədər o ərizələrə nə baxırlar, nə də dala qaytarırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...