Azərbaycanda yeni sayt: İmamazaman.az ensiklopedik saytı fəaliyyətə başladı

img

12-06-2014 [14:05]


Əziz həmvətənlərimiz, bütün dünyada yaşayan müsəlman bacı və qardaşlar! Bəşəriyyətin xilaskarı və Allahın sonuncu bələdçisi Hz. Mehdinin (ə.f) təvəllüd günü münasibətilə elektron variantda "İmam Mehdi (ə.f) Ensiklopediyası” – İmamzaman.az

saytı öz fəaliyyətinə başlayır.

Qeyd edək ki, İmam Mehdi (ə.f) haqda ola Ensiklopedik sayt 6 dildə (Azərbaycan, Türk, Rus, İngilis, Ərəb və Fars dillərində) fəaliyyət göstərəcək. Sayt aşağıdakı bölmələrdən ibarətdir:

Həyatı:

Şəxsiyyəti

Qeyb dövrü (1.Qısamüddətli; 2.Uzunmüddətli)

Zühur

Rəcət

Məhdəviyyət:

Səmavi dinlərdə (İslam, xristianlıq, yəhudilik)

Qeyri-səmavi dinlərdə

İntizar

Kitabxana

Media:

(Audio, video, foto)

Müxtəlif

Sual-Cavab

Elmi tədqiqat prinsiplərinə əsaslanan ensiklopediya imamzaman.az saytı adı altında fəaliyyət göstərəcək. Ensiklopediya qədirbilən müsəlman xalqımızın Allahın son bələdçisini düzgün tanıması, Əhli-Beyt (ə) ənənələrinin qorunub saxlanması və ictimaiyyətə düzgün çatdırılmasına, İmam Mehdi (ə.f) barədə formalaşmış yanlış təfəkkürlərin, onun varlığı, zühuru və qeybə çəkilməsi barədə ortaya atılan şübhələrin aradan qaldırılmasına xidmət edəcək.

Saytın yaradıcı heyyəti İmam Mehdinin (ə.f) təvəllüdü münasibətilə bir daha müsəlman dünyasını təbrik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...