İran Fars körfəzində 2 nəhəng tankeri saxladı - Açıqlama

img

06-12-2023 [13:04]


İran Fars körfəzində 2 tankeri qanunsuz yanacaq daşımada ittiham edərək saxlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıyan 2 tanker İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığı tərəfindən saxlanılaraq limana aparılıb: "Biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda - Fars körfəzindəki Əbu Musa adası yaxınlığında həbs edilib. Hazırda istintaq gedir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA