Ceyhun Bayramov: "Ermənistanın hərbi potensialını gücləndirməsi və..."
01-12-2023 [20:59]
Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib, Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələrdən danışıb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib.
O, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb.
C.Bayramov həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.
Xarici işlər naziri həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib.
Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir C.Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib.
Daha sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib.
İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.
"Fənərbağça" məşhur futbolçu ilə müqaviləyə xitam verib
Livan son itkilərini açıqladı: daha 45 nəfər ölüb
"Xalqın qarşısına çıxmaqdan utanmırsınız?" - Almaniya səfiri rəsmi tədbirdən qovuldu
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Aktyor Vural Çelik vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hakan Fidandan HƏMAS-ın yeni liderinin ölümü haqda açıqlama: "... qəbul etməmiz mümkün deyil"
Tovuzda ana və ayzaşlı övladı dəm qazından zəhərlənib
Premyer Liqa: X turun hakim təyinatları açıqlanıb
EYLÜL'DE BİR GÜN - Muhterem Şahin yazır (FOTOLAR)
Qəbələdə 42 yaşlı qadın azyaşlı övladı ilə birlikdə yoxa çıxıb
"HƏMAS"ın yeni lideri öldürülüb - Qəzzanın mərkəzində
Ceyhun Bayramov Türkiyəyə gedib
Qırmızı bültenlə axtarılan İŞİD-in məsul şəxsi Türkiyədə tutulub
Musiqi və incəsənət məktəblərində işə qəbul qaydalar dəyişib
Siyavuş Novruzov: "Heç şəxsi maşınım da yoxdur, ancaq yeraltı parklama yerləri çox bahadır"
Sabiq deputatın dayısı hakim qarşısında - 300 minlik qətl işi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiyanı tərk edən Qərb şirkətlərinə "tələ" quruldu - Aktivlərin satışından elə vergi tutulacaq ki...
İsrail ordusu Livanın 4 qəsəbəsinə zərbə endirib
"Bu problem təkcə “Trendyol”da deyil" - Ekspert
Bakıda bəzi küçə və prospektlərində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI
Prezident İlham Əliyev bu dövlət qurumunu ləğv etdi - Sərəncam
Türkiyə Mərkəzi Bank faiz qərarını açıqlayıb
Bu rayonlarda güclü külək əsəcək - Siyahı
Nazirlikdə 42 milyon manatlıq mənimsəmə: "Nəcməddin Sadıkov dedi ki, Fazil Məmmədov kömək edəcək"
Siruz Təbrizlinin evi bu qiymətə satışa çıxarıldı
Batan “Azərbaycan Dəmir Yolları” QSC və ya...
Nigeriyada yanacaq maşını partlayıb: yanaraq ölənlərin sayı 150 nəfəri ötüb, 100-dək ağır yaralı var
Cənubi Qafqaz Regional Əməkdaşlıq Platforması... - XİN başçıları sabah İstanbula toplanır
İsrailin Qəzzadakı savaşı: ölənlərin sayı 42438-ə çatıb
TƏBİB elan edir, deputatın şirkəti "qazanır"
“Azərenerji”nin rəhbəri yola salınır
Suriyada PKK/YPG-yə bağlı şəbəkə üzvləri həbs olunub
Sabiq deputatın məhkəməsi yenə təxirə salındı
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - FOTOLAR
Naxçıvanda bu bəldiyyələr birləşir - TAM SİYAHI
Sabah yağış yağacaq
Rusiya XİN: "Lavrov Türkiyəyə gedir"