Aktyor Vural Çelik vəfat edib

img

18-10-2024 [00:02]


TRT 1-də yayımlanan "Seksenler" serialında "Niyazi" obrazını canlandıran aktyoru Vural Çelik vaxtsız vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 51 yaşlı aktyor qəfil dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin Kino baş direktoru Birol Güven onun ölümü haqda məlumat paylaşıb: "Təəssüf ki, Vuralı itirdik. Çox kədərliyəm...".

Xatırladaq ki, "Avrupa Yakası" serialındakı "Kubilay Peynircioğlu" obrazı ilə daha çox tanınan Çelik aktyorluq karyerasına "Bir Demet Tiyatro" ilə başlayıb. O, TRT-də yayımlanan "Seksenler", "G.O.R.A", "Organize İşler" kimi bir çox seriallarda rollar alıb.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA