“Kanal 13”ün rəhbəri həbs olundu - Məhkəmə qərarı (Yenilənib)

img

28-11-2023 [17:07]


Noyabrın 28-də "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Mia.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucov noyabrın 27-də  saxlanılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb. 

Vəkil Bəhruz Bayramov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aprıb.

O, hazırda polis idarəsinə aparılır.

Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA