Türk serialı beynəlxalq mükafat aldı - FOTOLAR

img

21-11-2023 [16:04]


"Ay Yapım" tərəfindən istehsal olunan "Yarğı" serialı Beynəlxalq Emmy Mükafatı qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dan kənarda istehsal olunan tamaşalara verilən Beynəlxalq Emmi Mükafatları ötən gün Nyu Yorkda öz qaliblərinə verilib.

Məlumata görə, Nyu Yorkun "Hilton Midtown" otelində keçirilən mərasimdə 20 ölkədən 56 film 14 kateqoriyada təmsil olunub: "Mərasimdə “Ən yaxşı telenovela” nominasiyasında mükafatı "Ay Yapım"ın “Yarğı" serialı qazanıb. Mərasimdə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak edib".

Ləman

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR