Brilliant Dadaşova Eynulla Fətullayevi hədələdi

img

09-06-2014 [12:37]


Xalq artisti Brillian Dadaşova jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu "haqqin.az” saytını məhkəmə ilə hədələyib. Modern.az-ın məlumatına görə, müğənni "haqqin.az”da özü haqqında yazılan informasiyanı təhqir hesab etdiyini deyərək, bu barədə məhkəməyə müraciət edəcəyini vurğulayıb:

"Amerikada mükafat aldıqdan bir gùn sonra - Amerika Nyu-York Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Münəvvər xanımın rəhbərliyilə keçirilən 28 may Respublika günümüz münasibətilə bayram tədbirində iştirak etdim. Öz doğma vətənimdə isə nə qədər mənim adımla özünə reytinq qazanıb reklam olunmasını istəməsəm də- adını çəkməyə məcbur olduğum "haqqin.az" bizim uğurumuza dərin yara vurduş. Məni şər-böhtanla təhqir etdiyinə görə məhkəmə qarşısında cavab verməli olacaqlar! Çox şükürlər olsun ki, hüquqi, demokratik ölkədə yaşayırıq”

Qeyd edək ki, xalq artisti Brilliant dadaşova bir neçə gün öncə ABŞ-da təşkil olunan bir tədbirdə "Big Apple Awards” musiqi mükafatı alıb. Mükafatlandırılma mərasimində sənətçiyə 30 min dollar pul və "Mercedes” markalı avtomobil hədiyyə edilib.
Haqqın.az saytı xalq artistinə həmin mükafatın ermənilər tərəfindən verildiyi iddia edilib. Bunu sözügedən yarışmanın idarə heyətində üç nəfər erməninin olması ilə əsaslandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR