Əkrəm Əylislidən Fikrət Qocaya təhqir: “25 il bir vəzifədə sırtılmış adama nə deyə bilərəm?”

img

09-06-2014 [12:29]


Yazıçı Əkrəm Əylisli xalq şairi Fikrət Qocanın son müsahibəsində onunla dostluğu və qalmaqallı "Daş yuxular” əsəri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yazıçı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, F.Qocanın söylədiklərinə cavab vermək nə mənim şəxsiyyətimə, nə də xarakterimə uyğundur:

"Bəzi adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha, nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu dünyada müqəddəs bir şey qalıbmı ki? Ona münasibət bildirmək mənə əksiklik gətirər. "Daş yuxular” əsərimi isə artıq il yarımdır ki, müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə niyə bu qədər danışırsız?”


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA