İsrailli aktyor öldürüldü - Açıqlama 

img

13-11-2023 [00:07]


Netflix-in məşhur "Fauda "serialında rol alan israilli aktyor Qəzzadakı döyüşdə öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Matan Meiri ötən ay ehtiyyat hərbçi kimi İsrail Müdafiə Qüvvələrinə cəlb olunubmuş. 

Bir neçə gün əvvəl isə o, HƏMAS-ın silahlı qanadı olan Qəssam qüvvələri tərəfindən öldürülüb.

Bu barədə "Fauda" serialının sosial media hesabında başsağlığı mesajı da yayılıb: "Matan Meirin Qəzzadakı qarşıdurmada öldürülmə xəbərini paylaşmaqdan son dərəcə kədərləyik. Matan komandamızın ayrılmaz üzvü idi. Aktyorlar və set heyəti bu faciəvi itkidən çox kədərlənir, onun ailəsinə və yaxınlarına başsağlığı verir. Ruhu şad olsun". 

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR