Sürücülük vəsiqəsi üçün həkim labrinti: "xüsusi" seçilən mərkəz, növbə ilə işləyən həkimlər və... - Vəkil başına gələnləri yazdı
08-11-2023 [18:07]
“Sürücülük vəsiqəmin 6 noyabr tarixində bitən müddətini uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazımdır.
Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar?”.
Bu sözləri tanınmış hüquqşünas Əsabəli Mustafayev sosial şəbəkə hesabında yazıb.
O, sürücülük vəsiqəsinin vaxtını artırmaq üçün lazım olan tibbi arayışı almaqdan ötrü günlərlə vaxt itirdiyini qeyd edib:
“Qeyd edilən poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə az sayda marşrut avtobusu gedir. Qısası, ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağırılıb. Bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar. Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardı ki, keçdiyim müayinələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb. Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər.
Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq. Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət, bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı). Bu arayışla ASAN xidmətə gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim”.
Vəkil poliklinikada sistemin nasazlığı üzündən arayışı ala bilmədiyi üçün avtomobilindən bir neçə gün istifadə hüququnu itirib: “Məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik. Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub”.
O, Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə, nömrənin müəyyən olunmadığını da qeyd edib/ebhe.info
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var