Nazirdən maraqlı əmr - İşçilərdən rüşvətlə bağlı iltizam alınır?
06-11-2023 [10:05]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından rüşvət almamaqla bağlı iltizam alınıb.
Mia.az xəbər verir ki, bu barədə idarənin əməkdaşları AzToday.az-a məlumat verib. Məlumata görə, noyabrın 3-də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov iclas keçirərək işçilərə bundan sonra rüşvət almamaq barədə xəbərdarlıq etməklə yanaşı, onlardan bununla bağlı yazılı iltizam alıb. Nəsimi Nəsibov bunu nazir Muxtar Babayevin əmri ilə etdiyini də işçilərin nəzərinə çatdırıb.
İclasda daha sonra nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin yerləri ilə bağlı keçirdiyi auditin nəticələri müzakirə olunub. Direktor auditin nəticəsinə görə xəbərdarlıq aldığını və buna görə işçilərdən “sağ ol” gözlədiyini də deməyi unutmayıb. İşçilər isə bildirir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin işləri ilə bağlı vəziyyət çox bərbaddır, bu səbəbdən direktor başda olmaqla idarənin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması gözlənilirdi. Amma nədənsə, Muxtar Babayevin göndərdiyi audit yoxlamalarının nəticələri Nəsimi Nəsibov üçün ürəkaçan olub…
AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, bir-neçə meşə təsərrüfatının rəhbər şəxslərin rüşvət və korrupsiya əməllərinə görə həbs olunması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyini narahat edib. Bu narahatlıq fonunda yaşanan gərginlik bütün idarədə hər an hiss olunur. Daxili İşlər Nazirliyinin bir müddət əvvəl idarədə keçirdiyi əməliyyatın növbəti dəfə təkrar olunacağı yüksək ehtimal olaraq qalır…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
P.S. Xatırladaq ki, təxminən 10 gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayev rüşvətə görə həbs olunub.
Bu barədə yayılan rəsmi xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz:
https://www.mia.az/w1056520/merkez-direktoru-qandallandi-rusvet-uste-2023-10-31-193738
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var