"Beşiktaş"lı oyunçular dalaşdı, Baş məşqçi qəzəbləndi: "Ölkəmdə yerli oyunçunun yaxasından tutanı bağışlamaram"

img

06-11-2023 [00:09]


"Beşiktaş"ın baş məşqçisi Burak Yılmaz "Antalyaspor"a məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransında Erik Bayilini niyə oyundan çıxardığının səbəbini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Erik Bayilini zədələnmədiyini və fasilədə türk oyunçu Tayfurun yaxasında tutub dalaşmasına görə əvəzlədiyini gizlətməyib: "Mən, "Beşiktaş" formasını ilk 11-ni müəyyən edərkən də, sonradan kimin meydana daxil olmasına qərar evrərkən də əsnək oluram. Xüsusilə ölkəmizə gəlib, bizim oyunçulara hörmətsizlik və kobudluq edənləri əsla qəbul etməyəcəyəm. Məni tanıyırsınız. Nəticə nə olursa olsun, mən belə hərəkəti bağışlaya bilmərəm. Fasildə Erik Beyli ilə problem oldu. Ona görə də onu meydandan çıxartdım. Zədəsi yoxdur. Mənim oyunçumun yaxasından tutub çəkişdirib, sonra da burada oynaya bilməzsən. Mən belə adamam. Məşqçiliyə davam etsəm, belə davam edəcəm".

Xatırladaq ki, qarşılaşmanın ilk yarısını 1:0 öndə bitirən "Beşiktaş" ikinci hissənin əvvəlində ardıcıl 3 qol vuran "Antalyaspor"a məğlub olub - 3:2.

Bununla "Beşiktaş" 19 xalla 5-ci pillədə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub