İkardinin həyat yoldaşı: "Buz yeməsəm, dayana bilmirəm"

img

06-11-2023 [09:04]


"Mənim sizə qəribə gələcək aslılığım var".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara jurnalistlərə açıqlamasında deyib.

O, hamiləlik dövründə buz yeməyə alışdığını bildirib: "Bəziləri bunun dəmir çatışmazlığından qaynaqlandığını deyir, amma mənim analizlərim hər zaman yaxşı olub. Yəni, buz yemək istəyim, həvəsim olub. Lakin hamiləlikdən sonra bu alışqlanlığa çevrildi. Hamilə olanda o qədər çarəsiz idim ki, restoranlara gedib bir boşqab buz istəyərdim. Bunun mənə verdiyi hiss çox gözəl idi. Buna görə İkardi evə buz aparatı aldı".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR