Bakıda "Landmark 7" turnirinə start verilib

img

04-11-2023 [17:29]


"Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirinə start verilib.

Məlumata görə, ilk dueldə Latviya təmsilçisi Hasan Mezhiyev qazaxıstanlı Konstantin Merkulovla üz-üzə gəlib.

Görüş Latviyadan olan MMA döyüşçüsünün qələbəsi ilə bitib. O, ilk raundda rəqibinə boğucu fəndlə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın 5 təmsilçisi "Landmark 7" turnirində qüvvəsini sınayacaq(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA