“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir
04-11-2023 [13:02]
“Azercell”in Cybercell komandası “Critical Infrastructure Defence Challenge 2023”
(CIDC-2023) müsabiqəsində vitse-çempion olub.
Mia.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində mühüm mərhələnin əsasını qoyub.
Azərbaycanda ilk dəfə kiber hücumların simulyasiyası ilə keçirilən virtual müharibədə dövlət qurumları, təhsil və telekommunikasiya müəssisələri, bankların informasiya texnologiyaları üzrə komandaları iştirak edib.
Müsabiqədə “Azercell”in Təhlükəsizlik Departamentinin əməkdaşları - Vüsal Həsənov, Əmiraslan Quliyev, Cavid Cabbarlı, Əhməd Hacılı və Çingiz Balabəyovdan ibarət “Cybercell” komandası vitse-çempion titulunu qazanıb. Departamentin əməkdaşı İsmayıl Eyyub isə fərdi yarışda 136 iştirakçı arasında birinci yer tutub.
“Azercell”in Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov komandanın çıxışı haqqında danışıb: ““Cybercell”in CIDC 2023 müsabiqəsindəki nəticələri ilə qürur duyuruq.
Bu, bizim həm kiber-təhdidlərə qarşı mübarizəmizin, həm də “Azercell” olaraq müştərilərimizin təhlükəsizliyini hər şeydən üstün tutmağımızın əyani nümunəsidir.
Müsabiqədə fərdi yarışlarda birincilik qazanmış əməkdaşımız İsmayıl Eyyubu isə qələbəsi münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!”.
Qeyd edək ki, kritik infrastruktur kateqoriyasına aid olan dövlət və özəl qurumlardan ümumilikdə 41 komanda bu yarışda iştirak edib ki, onlardan 20 komanda finala yüksəlib.
Finalda iştirakçılar real kiber-hücum hallarını simulyasiya edilməklə, böhran halında infrastrukturun mühafizəsini təmin etmək kimi tapşırıqlar yerinə yetiriliblər. “Azercell”in “Cybercell” komandası bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələrək yarışın mükafatçıları sırasına daxil olub.
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var