Sergen Yalçın "Beşiktaş"a dönür? - Prezidentliyə namizəd onunla razılaşdı

img

04-11-2023 [12:10]


"Beşiktaş"ın prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan Emre Kocadağın komandanın sabiq baş məşqçisi Sergen Yalçınla anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubda prezident seçkilərinə sayılı günlər qalmış prezidentliyə namizəd olacağı gözlənilən Emre Kocadağın seçiləcəyi təqdirdə Sergen Yalçının baş məşqçi təyin edəcəyi iddia olunur.

"Fanatik" qəzetinin məlumatına görə, Emre Kocadağ məşqçi dəyişikliyi ilə yanaşı, 20 milyon avroluq əlavə transfer büdcəsi ayıracaq: "O, artıq bunlarla bağlı yaxın ətrafı ilə msələhətləşmələri sürətləndirib".

 Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR