“Azəriqaz”da 83 qazi, 6 şəhid ailəsinin üzvü işlə təmin olunub: "315 şəhid ailəsi və 1160 müharibə iştirakçısının qaz təsərrüfatı ilə bağlı müraciətləri icra edilib"
03-11-2023 [14:59]
8 Noyabr-Zəfər Günü ərəfəsində keçirilən “Açıq qapı” aksiyasında jurnalistlər önünə Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev çıxıb.
Mia.az xəbər verir ki, görüşdə əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca mövzuya uyğun olaraq Birliyin cari ilin 9 ayında şəhid ailələri və qazilərə göstərdiyi xidmətlərin statistikası açıqlanıb. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev yanvar-sentyabr ayları ərzində 83 müharibə iştirakçısı və 6 şəhid ailəsi üzvünün işlə təmin olunduğunu bildirib.
315 şəhid ailəsi üzvü və 1160 qazi olmaqla ümumilikdə 1475 müraciətin isə həll edildiyini qeyd edən Eldəniz Vəliyev Birliyin həssas qrup üzvlərinə göstərdiyi qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov çıxışında 2 noyabr tarixində ölkə üzrə ümumi sutkalıq qəbul edilən qazın həcmini açıqlayıb.
Qurum rəsmisi ötən ilin anoloji dövri ilə müqayisədə 6 milyon kubmetr azlıq təşkil edən bu rəqəmin 14 milyon 82 min kubmetr olduğunu bildirib. Yeraltı ehtiyyat anbarına 2 milyard kubmetr qazın vurulduğunu deyən Rasim Əhmədov əlavə edib ki, fors-major hallarını nəzərə almasaq, SOCAR “Azəriqaz” İB payız-qış mövsümünə tam hazırdır.
“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
***
Bu ilin yanvar-sentyabr aylarında 83 müharibə iştirakçısı və 6 şəhid ailəsinin üzvü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində işlə təmin olunub.
Mia.az xəbər verir ki, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında çıxş edərkən deyib.
O bildirib ki, bundan əlavə şəhid ailələrinin və müharibə iştirakçılarının qaz təchizatı ilə bağlı müraciətləri də diqqətdən kənarda qalmır: “Bu ilin 9 ayı ərzində “Azəriqaz”ın tabeliyində olan struktur bölmələri tərəfindən ümumilikdə 315 şəhid ailəsi üzvünün və 1 160 müharibə iştirakçısının qaz təsərrüfatı ilə bağlı müxtəlifyönümlü müraciətləri icra olunub”.
O qeyd edib ki, bu müddət ərzində Birliyin Təmir-tikinti İdarəsi tərəfindən Bakı şəhəri və Abşeron rayonu üzrə 92 şəhid ailəsi üzvünün 442 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri tam olaraq həllini tapıb: “Bu dövrdə Xaçmaz Regional Qaz İstismar İdarəsi (RQİİ) tərəfindən 6 şəhid ailəsi üzvünün 47 qazi və müharibə iştirakçısının, Salyan RQİİ tərəfindən 19 şəhid ailəsi üzvünün 92 qazi və müharibə iştirakçısının, Ağsu RQİİ tərəfindən 36 şəhid ailəsi üzvünün 94 qazi və müharibə iştirakçısının, Lənkəran RQİİ tərəfindən 37 şəhid ailəsi üzvünün 76 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri təmin edilib”.
E. Vəliyev deyib ki, cari ilin 9 ayında Tərtər RQİİ tərəfindən 34 şəhid ailəsi üzvünün 91 qazi və müharibə iştirakçısının, Gəncə RQİİ tərəfindən 6 şəhid ailəsi üzvünün 67 qazi və müharibə iştirakçısının, Şəmkir RQİİ tərəfindən 7 şəhid ailəsi üzvünün 17 qazi və müharibə iştirakçısının, Zaqatala RQİİ tərəfindən 18 şəhid ailəsi üzvünün 50 qazi və müharibə iştirakçısının, Sumqayıt Qaz İstismarı Sahəsindən isə 6 şəhid ailəsi üzvünün 10 qazi və müharibə iştirakçısının müraciəti icra edilib.
O vurğulayıb ki, bu müddət ərzində Bakı RQİİ tərəfindən isə 57 şəhid ailəsi üzvünün 174 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri tam olaraq həllini tapıb: “Bununla bağlı işlər bundan sonra da davam etdiriləcək”.
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var