"Real Madrid"un ulduzu kumirinin adını çəkdi: "Mən onu dayanmadan izlədim"

img

03-11-2023 [10:26]


"Real Madrid"də möcüzələr yaradan Jude Bellinqham kumirinin adını çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uşaqlıqdan Zinəddin Zidana azarkeşlik etdiyini açıqlayıb. 

Zidanı atası sayəsində tanıdığını ifadə edən Jude deyib: "Atamın Zidan forması var idi. Bir gün ondan "Bu adam kimdir?" deyə soruşdum. O, "YouTube-a gir, bax" dedi. O vaxtdan bəri dayanmadan Zidana baxıram. Zidan kimi, onun kimi oyunçu olmaq stədim". 

Xatırladaq ki, mövsümün əvvəlində Dortmundun "Borussiya"sından "Real Madrid"ə transfer olunan 20 yaşlı Jude Bellinqhem qolları və ötürmələri ilə diqqəti özünə cəlb edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub