MMA idmançısı Vüqar Kərəmov: “Suzuki şoumendir, şou yaratmağı xoşlayır"
02-11-2023 [11:28]
“Suzuki şoumendir, şou yaratmağı xoşlayır. Ancaq şəklimə zərbə vura bilər. Mən isə onun şəklini yox, özünü vuracağam. Sakit dayanmalıyam. Əsəbi olsam, səhvlərə yol verə bilərəm”.
Məlumata görə, bunu Azərbaycanın MMA idmançısı Vüqar Kərəmov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.
31 yaşlı döyüşçü yaponiyalı Çihiro Suzukiyə qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib: “Hazırlıq prosesi üç ay davam edib. Çəkini salmağa az qalıb. Suzuki ilə döyüşdə sözümü deyəcəyəm. Qrafikimiz dəyişməz qalır, hər gün səhər və axşam məşq edirik. Axşam məşqində çəkini də saldıqdan sonra tam hazır olacağam”.
Uşu-sanda üzrə dördqat dünya, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi olan Kərəmov Suzukidən çəkinmədiyini söyləyib: “Özümə tam güvənirəm. Ola bilsin ki, rəqib yeni parlayan ulduzdur. Buna baxmayaraq, özümə tam inanıram. Sonuncu dəfə 10 il əvvəl Azərbaycanda döyüşmüşəm. Nostalji hisslər keçirirəm. İnanıram ki, yerli publika önündə uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirəcəyəm. Azərbaycanda vuruşmaq böyük məsuliyyətdir. Heç kim öz ölkəsində uduzmaq istəməz. Hazırlığımızı da buna uyğun görmüşük”.
O, rəqibini yaxından tanıdığını vurğulayıb: “Suzuki ilə iki dəfə eyni yarışda vuruşmuşuq. Mən kəmər uğrunda döyüşəndə o qalib gəlmişdi. Rəqibin görüşlərinə baxmışam. Hətta bir döyüşünü canlı izləmişəm. Yaxşı döyüşçüdür. Mənim üçün hansı üslubda döyüşməyin fərqi yoxdur. Cüdoya, boksa, uşu-sandaya getmişəm. Ayaq üstə də vuruşa bilərəm, lazım gəlsə, güləşdən də istifadə edərəm. Amma bura MMA-dır, sırf güləşməyə çıxmırıq. Vaxtından əvvəl qələbə qazanmağa çalışacağam. Buna da hazıram”.
Vüqar Kərəmov “Rizin” yarışının Azərbaycanda MMA-ya marağın artmasına səbəb olacağını düşünür: “Rizin” böyük təşkilatdır. İndiyə qədər Azərbaycanda belə yarış olmayıb. Bu, Azərbaycanda MMA-ya maraq göstərən gənclərə motivasiya olacaq. Onlar idmançıların necə irəlilədiklərini görəcəklər. Bu liqanı Azərbaycana gətirən idmançılar barmaqla sayılacaq qədərdirlər. Bunu bacardığımız üçün fəxr edirik. İnanıram ki, bu yarışdan sonra idman zallarına axın olacaq”.
İdmançı qələbə təqdirində reytinqdə irəliləyəcəyini xatırladıb: “Kəməri qazanmışam və bunu qorumalıyam. Özüm üçün də sınaqdır. Rəqib dünyada top-12-dədir. Qalib gəlsəm, onun yerini tutacağam. Reytinqə ön sıralarda yer almağım mənim üçün tarixi an olar. Suzukini məğlub etdikdən sonra Takuyama Masamori ilə vuruşacağam. Əsas odur ki, Suzuki və Masamorini yenim. Başqa liqadan təklif alsam, qəbul etməyəcəm. Çünki “Rizin” də onlarla eyni səviyyədədir. Yalnız yaxşı təklif olsa, UFC-yə gedərəm”(Report).
Qeyd edək ki, Vüqar Kərəmovla Çihiro Suzuki arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq