Orxan Pamuk qonşularını məhkəməyə verdi - Bir binada 6 mənzil və...

img

02-11-2023 [00:15]


Nobel mükafatlı yazıçı Orxan Pamuk 6 mənzilinin olduğu İstanbulun Cihangir səmtində məşhur "Taray binası"nın sökülməsini tələb edir.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, 50 ilin binasının istismar müddətininn başa vurması və qəzalı vəziyyətdə olmasını əsas gətirən Orxan Pambuk binanın sökülərək yerində yenisinin tikilməsini istəsə də, qonşuları buna qarşı çıxıblar. Onlar məhkəməyə müraciət edərək, binanın sökülməsinin deyil, təməl və dayaqlarının gücləndirilməsi barədə qərar çıxarılmasına nail olublar.

Məşhur yazıçı isə bununla razılaşmayaraq məhkəməyə üz tutub.

O, cəmi 18 mənzill olan binadakı 6 mənzilin ona məxus olmasını əsas tutaraq, əvvəlki iddiasının üzərində dayanıb.

İstanbul Sülh Məhkəməsində keçirilən iclasda isə hakim onun iddiasını rədd edib.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb