"Yardımlı rayon İcra Hakimiyyəti rayondakı işləri pulla satır" - İcra Hakimiyyəti aparıcı mütəxəssisin şikayətinə reaksiya verdi (Yenilənib)
03-11-2023 [08:53]
Yardımlı rayonu Avaş kənd sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Həmdulla Qəyyubov rayon icra hakimiyyətindən şikayətçidir.
Mia.az-ın məlumatına görə, bu barədə Bakupost.az –a müraciət edən H.Qəyyubov deyir ki, cəmi 430 manat maaşla 9 nəfərlik ailəni dolandırır:
“Hazırda Avaş kəndində yaşayıram. Ali təhsilliyəm, kənd təsərrüfatı işçisiyəm. İxtisasım üzrə Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) işləyirəm. 430 manat əməkhaqqı alıram. Bu da mənim ailəmə kifayət etmir. 9 nəfər ailə üzvüm var. Hazırda 4 övladım ali təhsil alır. Biri ödənişlidir. Həmçinin, iki banka kredit borcum var. Yoldaşım orta ixtisas təhsilli olaraq işsizdir. Dəfələrlə Yardımlı İH-də olmuşam, 1111-ə zəng vurmuşam. Videoformatda Prezident Administrasiyasına qoşulmuşam, Zeynal Nağdəliyevin qəbulunda olmuşam.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmiləri Himalay Məmişov və Vüsal müəllimlə görüşmüşəm. Lakin heç bir kömək olunmayıb. Həyat yoldaşım işsiz kimi 3 ildir məşğulluqda qeydiyyatdadır. Bu günə qədər heç bir iş təklifi olunmayıb.
Yardımlı rayon İcra Hakimiyyəti rayondakı işləri pulla satır. Mənim də pulum olmadığı üçün iş vermirlər”.
“Ehtiyatda olan zabit idim. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasında iştirak etmişəm”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, H.Qəyyubov 49 yaşında tağım komandiri kimi Vətən müharibəsində iştirak edib.
Şikayətlə bağlı Yardımlı Rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, vətəndaş H.Qəyyubov 2016-cı ildən hazıradək Yardımlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində müqavilə əsasında aparıcı mütəxəssis vəzifəsində işləyir:
"O, dövlət qulluğunda imtahandan keçmədiyinə görə yüksək əmək haqqı ala bilmir. Yardımlı RİH tərəfindən maddi köməklik göstərilməsi təklif edilmiş, lakin o, bundan imtina etmişdir. Həyat yoldaşının təhsil sahəsində işlə təmin olunması ilə bağlı müvafiq izahlar verilmişdir. H.Qəyyubov sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan əlavə 5 ha torpaq sahəsinin onun icarəsinə verilməsi üçün sənədləşmə işləri aparılmışdır, yaxın vaxtlarda torpaq sahəsi onun icarəsinə veriləcəkdir".
Samir Musayev
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq