Abdullah Avcı: ""Fənərbağça" matçını qazanmağa gedəcəyik"

img

01-11-2023 [14:15]


Superliqanın 11-ci həftəsində səfərdə "Fənərbağça" ilə qarşılaşacaq "Trabzonspor"un baş məşqçisi Abdullah Avcı çətin oyun öncəsi açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, komandasında çatışmazlıqların olduğunu etiraf edən Abdullah Avcının sözlərinə görə, superliqanın lideri ilə zövqlü oyun olacağına əmindir: "Əlbəttə, bu cür komandalarla oyun əla olur. İnsanların baxıb, zövq alacağına inanıram. Təbii ki, "Trabzonspor" hər matça qalibiyyət üçün gedir. Düzdür, çatışmazlıqlarımız var, ancaq biz daha yaxşı olmalıyıq, bunun üçün də çox çalışırıq. Biz istanbula qələbə qazanmaq üçün gedəcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub