“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
31-10-2023 [18:17]
Azərbaycanın lider mobil operatoru olan “Azercell” ölkədə ilk dəfə olaraq məlumatların emalı sahəsində dünyanın aparıcı şirkəti olan “Cloudera” şirkəti ilə əməkdaşlıq etməyə başlayıb.
Mia.az xəbər verir ki, “Cloudera” şirkətinin təqdim etdiyi Məlumat Platformasında istifadə etməyi nəticəsində “Azercell” öz müştəriləri üçün yeni məhsulları və xidmətləri əvvəlkindən 5 dəfə daha sürətlə hazırlayır.
Son illər Azərbaycanda internet və mobil texnologiyaların inkişafı bu xidmətlərin istifadəçilərini qat-qat çoxaldıb.
Hazırda ölkə əhalisinin əksəriyyəti mobil internet istifadəçisidir. Xüsusilə sosial şəbəkələrin inkişafı ilə mobil internet həyatın ayrılmaz hissəsinə çevrilib və texnoloji şirkətlərin məlumat emalına ehtiyaclarını kəskin artırıb.
5 milyondan çox müştərisi olan “Azercell” müştəri sayı, bazar payı və mobil şəbəkə əhatəsinə görə ölkənin aparıcı mobil telekommunikasiya operatorudur.
Şirkət adi vətəndaşlardan tutmuş biznes və iri korporasiyalara qədər geniş müştəri bazasına malikdir və hər bir müştəri kateqoriyasına fərqli xidmətlər təqdim edir.
Hazırda “Azercell” Azərbaycanda milli telekommunikasiya infrastrukturunun genişləndirilməsi layihəsinə uyğun olaraq 4G LTE şəbəkəsinin sürətini, tutumunu və əhatə dairəsini artırmaqdadır.
İstifadəçilərin 3G-dən 4G-yə keçməsi yüksəksürətli məlumatlara və sürətli genişzolaqlı internetə tələbatı kəskin artırır.
Bu vəziyyət şirkətə daxil olan məlumat axınının daha səmərəli idarə olunmasını tələb edir, məlumat axınının sürətli və düzgün emalı “Azercell”-ə öz müştərilərinə yeni xidmət və məhsullar hazırlamaq üçün də tələb olunur.
Bu ehtiyacları qarşılamaq üçün “Azercell” dünyanın qabaqcıl məlumat emalı platformasını təqdim edən “Cloudera” şirkəti ilə əməkdaşlığa başlayıb.
“Cloudera” məlumat platforması – hazırda dünyada ən geniş istifadə edilən böyük həcmli məlumatların data mərkəzi (on-premis) və hibrit emalı platformasıdır.
Ümumiyyətlə, dünyada verilənlər bazasının – böyük həcimli məlumatları idarə olunması üzrə bir neçə tanınmış sistem fəaliyyət göstərir. Əsas məqamlar olaraq – məlumatların açıqlığı və miqyaslarını, eyni zamanda bulud və lokal imkanlardan (hibrid sistemdən) istifadə olunmasını, məlumatların çevik analitika imkanlarını və təhlükəsizliyi nəzərə aldıqda ən effektiv kimi “Cloudera” Məlumat Platforması sayılır.
“Azercell”-in “Cloudera” şirkəti ilə əməkdaşlıq prosesində ilk addım olaraq Məlumat Platforması ətrafında özəl bulud xidmətinin yaradılması olmuşdur. Bu, “Azercell”-də istifadəçi məlumatlarının çeşidlənməsinə və şirkətin kommersiya, biznes araşdırma və analitika qrupları tərəfindən əlçatanlığına şərait yaradıb.
““Cloudera” tərəfindən dəstəklənən açıq “data lakehouse” arxitekturası o deməkdir ki, bizim etibarlı məlumat təminatçısı, paylanmış məlumatların emalı və maşın öyrənmə modelləri üçün platformamız var”, - “Azercell Telecom” MMC-nin Big Data və Analitika üzrə Direktoru Azad Hüseynov deyir.
Süni intellekt (AI) və maşın öyrənməsi (ML) sistemlərinin də iştirak etdiyi platforma sayəsində “Azercell”-də məlumatların emalı daha da sürətlənib. Nəticədə bu, şirkətə müştəri itkisinin qarşısını almağa, satışları optimallaşdırmağa, müştəriləri daha yaxşı təhlil etməyə və iki SİM-kart istifadəçilərini müəyyən etməyə kömək edib.
“Cloudera” platforması “Azercell”-ə məhsul və xidmətlərin inkişafı üçün modellər yaratmağa və abunəçilərin ehtiyaclarını real vaxt rejimində müəyyən etməyə, onlara dərhal müvafiq təkliflər göndərməyə imkan verir. “Azercell” şirkəti “Cloudera”-nın xidmətlərindən istifadə etməklə məlumatların emalını 40% sürətləndirib, nəticədə indiyədək 1 gün ərzində davam edən emal prosesi 15 dəqiqəyə endirilib.
““Azercell Telecom” MMC-nin Big Data və Analitika/Məlumat Mühəndisliyi Bölməsinin rəhbəri Rəhim Əhmədov bildirir ki, “Cloudera” Məlumat Platformasının tətbiqi “Azercell”-in yeni məhsulları bazara çıxarma sürətini də artırıb.
Məlumat bazasının “Cloudera” platformasına köçürülməsi nəticəsində “Azercell” öz müştəriləri üçün yeni xidmət və məhsulları 5 dəfə daha sürətlə hazırlayır. Qərar vermə və müştəri təcrübəsini təkmilləşdirmək sayəsində “Azercell”-in müştəri itkisi nisbəti 25% azalıb.
"Cloudera Data Platforması tərəfindən təqdim edilən təkmil hibrid imkanlar “Azercell”-ə Azərbaycanın telekommunikasiya bazarında yeni nəsil texnologiyalar tətbiq etməyə və gələcəkdə kommersiya xidmətləri üçün 5G-ni sınaqdan keçirməyə imkan verəcək", - Əhmədov bildirib.
Məlumatların sürətli idarə edilməsi sistemi nə üçün lazımdır?
İri həcmli məlumatlarla işləyən şirkətlər üçün bu - müştəri məlumatlarını sürətli təhlil edib onlara uyğun, optimal məhsullar təqdim etmək üçün lazımdır. Rəqabətin getdikcə artdığı dövrdə belə imkanlar olmadan fəaliyyət göstərmək mümkün deyil. Bu müştəri məmnuniyyəti ilə yanaşı, bu da investisiyann geri qayıtma müddətini azaldır.
“Cloudera” məlumatların emalı sahəsində ən qabaqcıl şirkətlərdən biri olaraq dünyanın 100-lərlə iri şirkətləri və brendlərinə xidmətlər göstərir və onun xidmətlərindən müxtəlif sahələrdə çalışan şirkətlər faydalanır.
Məsələn, qlobal əczaçılıq şirkətinin məlumat emalı sisteminin “Cloudera” vasitəsilə təkmilləşdirilməsi nəticəsində şirkətin yeni dərman preparatlarının hazırlanması prosesi qat-qat sürətlənib və 3 il ərzində 22,8 milyon dollar gəlirə sahib olub.
Digər nəhəng şirkət, qlobal kredit təşkilatı isə məlumatların emalını sürətləndirmək üçün “Cloudera”-nın xidmətlərindən istifadə etməklə milyonlarla fiziki və hüquqi şəxs müştərilərinin analiz sürətini qat-qat artırıb, əməliyyat xərclərini isə kəskin azaldıb. Nəticədə şirkətin əməliyyat xərcləri ayda 200 min dollar azalıb, yeni bazarlara çıxması sayəsində gəlirləri isə 30% artıb.
“Azercell”-in belə şirkətlə əməkdaşlığı təkcə müştəri məmnuniyyətinin artırılmasına deyil, həm də şirkət daxilində biznes proseslərinin sürətlənməsi və təkmilləşməsinə, eləcə də şirkətin texnoloji cəhətdən inkişaf etdirilməsi ilə gələcəkdə yeni biznes sahəsinə - fintek sektoruna keçidinə də imkan yaradır.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: http://“Azercell” (cloudera.com)
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
SAXTA ÇAYLAR BAZARI BÜRÜYÜB: "Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar" - AÇIQLAMALAR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
PA rəsmisi daha bir icra başçısını kollektivə təqdim etdi - FOTO
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik