Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar

img

19-09-2025 [16:02]


Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.

Mia.az xəbər verir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar. 

İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA